OYU-nun tələbələri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş mühəndislik hakatonunda iştirak etmişlər

23 Oktyabr, 2023

OYU-nun tələbələri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş mühəndislik hakatonunda iştirak etmişlər
Odlar Yurdu Universitetin Təbiət və texnologiya fakültəsinin tələbələri Fuad Hacıyev, Rüfət Mustafayev, Şəhriyar Babazadə və Elmir Quluyev Kapital Bank-ın baş sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş və Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan-Fransız Universitetində baş tutan intellektual yarışda iştirak etmişlər.
Qeyd edək ki, ölkənin 21 ali təhsil müəssisəsinin tələbələri arasında yarışmaya qoşulan 30 komanda 3 mövzu üzrə biliklərini sınanmışdır. “Ekologiya və ətraf mühit”, “Nəqliyyat və logistika”, “Texnologiya və innovasiya” istiqamətləri üzrə verilən tapşırıqlara komandalar maraqlı həllər təklif etmişlər.
Mühəndislik hakatonunda iştirak etmiş Odlar Yurdu Universitetinin tələbələri hədiyyə və sertifikatlarla təltif olunmuşlar.