OYU-da THİ-nin birinci kurs tələbələri ilə tanışlıq günü təşkil olunmuşdur

24 Oktyabr, 2023

OYU-da THİ-nin birinci kurs tələbələri ilə tanışlıq günü təşkil olunmuşdur
Odlar Yurdu Universitetində Tələbə Həmkarlar İttifaqının birinci kurs tələbələri ilə tanışlıq günü təşkil olunmuşdur.
Görüşdə Odlar Yurdu Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri Günay Yusifova, ittifaq nümayəndələri və universitetimizə yeni qəbul olunmuş tələbələr iştirak etmişlər.
THİ sədri Günay Yusifova ilk olaraq tələbə adını qazanan gəncləri təbrik etmiş və təhsil alacaqları Odlar Yurdu Universitetinin maddi-texniki bazası, fakültə və kafedraları, departamentləri, elmi-pedaqoji nailiyyətləri və professor-müəllim heyəti, bundan əlavə Tələbə Həmkarlar İttifaqı haqqında, ittifaqın əsas məqsəd və vəzifələri, tələbələrin təşkilatda iştirakı, ittifaqın idarə heyəti, klublar, seçki prosesi, ittifaqın fəaliyyətinə nəzarət və digər məsələlər haqqında tələbələrə məlumat vermişdir.
Odlar Yurdu Universitetinin tələbələri tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.