OYU-nun tələbələri ORACLE Certified Foundation Associate imtahanından yüksək nəticə topladı

24 Oktyabr, 2023

OYU-nun tələbələri ORACLE Certified Foundation Associate imtahanından yüksək nəticə topladı

Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi Cavad Hüseynlinin təşəbbüsü ilə seminar dərslərində Oracle-ın həyata keçirdiyi Oracle Cloud Infrastructure Foundations Associate təlimləri keçirilmiş və tələbələrimiz üçün Oracle-ın OCI AI 1Z0-1122-23 Oracle Cloud Infrastructure 2023 AI Foundations Associate imtahanları təşkil edilmişdir. İmtahanda iştirak etmiş 10 tələbə (750 İTS qrupu) - Aytac Ağalarova, Fəridə Mirzəyeva, Günel Qədirova, İlahə Yolçuyeva, Fatimə Məmmədova, Murad Quluzadə, Tamerlan Aslanlı, Türkay Zəkəryəyeva, Yeganə Əliyeva və Zeynəb Sadiqova nəticədə Fundamental Cloud sistemləri və Oracle Cloud Infrastructure AI mövzuları çərçivəsində Oracle-ın nümunədə göstərilən beynəlxalq sertifikatını almışlar.
Bu münasibətlə tələbələrimizi ürəkdən təbrik edir və onların gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Qeyd edək ki, sözügedən imtahanın əsas mövzusu Oracle Cloud Infrastructure (OCI) tərəfindən təmin edilən süni intellekt, maşın öyrənməsi və əlaqəli xidmətlər üzrə fundamental bilikləri nümayiş etdirmək niyyətində olan şəxslər üçün nəzərdə tutulmuşdur.