Odlar Yurdu Universitetində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsi çərçivəsində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) və Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün İnteqrasiya Proqramı fəaliyyətləri çərçivəsində OYU-da təhsil alan əcnəbi tələbələr üçün İnteqrasiya Programı haqqında məlumatlandırma sessiyası keçirilmişdir.
Görüşdə proqram heyəti, inteqrasiya proqramının xidmətlərindən və həmin xidmətləri dəstəkləyən dövlət və qeyri-dövlət qurumlarından bəhs etmişdir.
Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin İnteqrasiya Proqramı çərçivəsində, əməkdaşlığa dəstək verən Azərbaycan Respublikası Mərkəzi Bankı Maliyyə Savadlılığı şöbəsi də öz mütəxəssisi ilə məlumatlandırma sessiyasında iştirak etmiş, maliyyə savadlılığının əsasları ilə yanaşı, miqrant tələbələr üçün Azərbaycanda bank məhsullarına çıxış və istifadənin yolları haqqında ətraflı məlumat vermişdir.
Qeyd edək ki, görüşdə Odlar Yurdu Universitetinin Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov, universitetimizin əcnəbi tələbələri, həmçinin, qonaq qismində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin layihə koordinatoru Lamiyə Rzayeva-Əhmədli, eksperti Eşqin Tanrıverdi, milli inteqrasiya məsləhətçisi Emin Mehdizadə, Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin aparıcı mütəxəssisi Pərvin Qəhrəmanova iştirak etmişlər.