Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin rəhbəri, dos. Fuad İbadov öz dissertasiya işinin hazırlıq mərhələsi çərçivəsində Türkiyə Respublikasının Çorlu şəhərində yerləşən müasir pivot suvarma sistemi istehsal edən müəssisəsinə səfər edərək, istehsal şəraiti ilə tanış olmuşdur.
Səfər zamanı dünyada tanınmış Lindsay Zimmatic və Nelson Irrigation şirkətlərinin suvarma, satış və marketinq üzrə mütəxəssisləri 3 günlük təlim-seminarlar keçmişlər.
Səfər və təlim-seminarlar zamanı əldə olunmuş məlumatlar və biliklər dissertasiya işinin yazılmasının hazırlıq mərhələsidir və "Azərbaycan Respublikasının kənd təsərrüfatında müasir suvarma sistemlərinin səmərəli tətbiqinin müasir istiqamətləri" mövzusunda geniş istifadə ediləcək.