OYU-da Humanitar, təhsil və dillər fakültəsinin tələbələrinin açıq dərsi keçirilmişdir

21 Noyabr, 2023

OYU-da Humanitar, təhsil və dillər fakültəsinin tələbələrinin açıq dərsi keçirilmişdir
Odlar Yurdu Universitetinin (OYU) Filologiya və humanitar fənlər kafedrasının müəllimi Rəvanə Məmmədovanın təşkilatçılığı ilə "Bədii və publisistik üslub" mövzusunda Humanitar, təhsil və dillər fakültəsinin Xarici dil müəllimliyi ixtisasının I kurs tələbələrinin açıq dərsi keçirilmişdir.
Mövzu ilə bağlı tələbələr M.F.Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” əsərinin bir hissəsindən tamaşa, rollu oyun və təqdimatlar hazırlamış, şeir nümunələri səsləndirmişlər. Tələbələr həmçinin ədəbi nümunələr əsasında bədii üslubun xüsusiyyətlərini izah etmişlər. Tələbələrin fəallığı və müəllimin maraqlı şərhləri ilə mövzu tam şəkildə əhatə olunmuşdur.
Sonda açıq dərsdə iştirak edən Filologiya və humanitar fənlər kafedrasının müdiri, professor Rüstəm Kamal çıxış edərək belə açıq dərslərin keçirilməsini və gedişi müəllimin iştirakı ilə müzakirə edilərək yüksək şəkildə hazırlandığını və nümunəvi dərs kimi qiymətləndirmiş və tələbələrə uğurlar arzulamışdır.