OYU-nun Elmi-Metodiki şurasının növbəti iclası keçirilmişdir

22 Noyabr, 2023

OYU-nun Elmi-Metodiki şurasının növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetində Elmi-Metodiki şurasının növbəti iclası keçirilmişdir.
Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev iclası açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırmışdır.
Daha sonra söz verilmişdir Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayevə. O, iclas iştirakçılarına universitetimizin reytinqinin qaldırılması məqsədilə “Web of Science”, “Scopus” və digər reytinqli elmi platformalarda çap edilən məqalələrin sayının artırılması və təlimlərin təşkili, Odlar Yurdu Universitetinin “Elmi və Pedaqoji Xəbərlər” jurnalının elmi bazalara daxil edilməsinin təşkili, doktorantların, dissertantların və magistrların dissertasiyası mövzularının və elmi rəhbərlərinin təsdiqi barədə məlumat vermişdir.
İclasda gündəliyin mövzuları müzakirə edilmişdir.
Qeyd edək ki, iclasda Odlar Yurdu Universitetinin rektoru, prorektorları, departament, fakültə və kafedra rəhbər və müdirləri və professor-müəllim heyəti iştirak etmişlər.
OYU-nun professor-müəllim heyəti tərəfindən olduqca maraqla qarşılanan iclas sual-cavab sessiyası ilə davam etmişdir.
Sonda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün tapşırıq və tövsiyələr verilmişdir.