Odlar Yurdu Universitetində Biologiya və Ekologiya kafedrasının təşkilatçılığı ilə “KRAS və Pİ3K mutasiyalı endometrialkarsinoma toxumasının müvafiq inhibitorlarla (PI3K və Plk1) mono və kombinasiyalı terapiyası“ mövzusuna həsr olunmuş elmi-metodiki seminar keçirilmişdir.
İlk öncə, seminarı OYU-nun Biologiya və Ekologiya kafedrasının müdiri, prof. Ramazan Məmmədov açaraq, iştirakçıları salamlamaqdan məmnunluğunu ifadə etmiş və seminar haqqında ümumi məlumat vermişdir.
Sonra Odlar Yurdu Universitetinin doktorantı, "2023-2027 Dövlət Proqramı" çərçivəsində Almaniyanın Frankfurt şəhərində yerləşən "Goethe University" ali təhsil müəssisəsində molekulyar biologiya və onkologiya istiqamətinin molekulyar onkologiya ixtisası üzrə doktorantura təhsili alan Nurlana Qasımlı çıxış edərək tədbirin keçirilməsində öz dəstəyinə görə Odlar Yurdu Universitetinin rəhbərliyinə minnətdarlığını bildirmiş və seminarın mövzusu haqqında ətraflı məlumat vermişdir.
OYU-nun professor-müəllim heyəti və tələbələr tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.
Qeyd edək ki, seminarda Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev, Biologiya və Ekologiya kafedrasının müdiri, prof. Ramazan Məmmədov, müdir müavini, dos. Tamilla Kərimova, kafedranın professor-müəllim heyəti və Təbiət və texnologiya fakültəsinin tələbələri iştirak etmişlər.