Odlar Yurdu Universitetinin Dillər kafedrasının müəllimi Aydan Səlimzadənin “İngilis idiomları” mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.
Elmi-metodiki seminarda ingilis idiomları haqqında maraqlı faktlardan və ingilis idiomlarının başqa ifadələr, deyim və metafora arasında olan fərqlərindən bəhs edilmişdir. Eyni zamanda ingilis idiomlarının ingilis dilində olan mühüm rolundan və dildə öyrənilməsinin bir neçə səbəblərindən bəhs edilmişdir.
Mövzuda əsas olan “İngilis idiomlarının dildə olan mühüm rolu”, “İngilis idiomlarının tarixlə əlaqəsi və sayı”, “İdiomla metafora arasında olan fərqləri”, “İdiomların dildə öyrənilməsinin səbəbləri”, “İngilis dilində ən çox işlənən idiomlar və növləri” məsələlərinə diqqət yetirilmiş və dinləyicilərin nəzərinə çatdırılmışdır.
OYU-nun professor-müəllim heyəti tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.
Qeyd edək ki, seminarda Odlar Yurdu Universitetinin Dillər kafedrasının müdir müavini, f.f.d., dos. Səadət Abdurəhmanova və kafedranın professor-müəllim heyəti iştirak etmişlər.