Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi, s.e.d. Cümşüd Qurban oğlu Nuriyevin “Yeni dünya düzəni və müasir iqtisadi modellər” mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.
İlk öncə, seminarı OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d, prof. Elşad Məmmədov açaraq, iştirakçıları salamlamaqdan məmnunluğunu ifadə etmiş və seminar haqqında ümumi məlumat vermişdir,
Daha sonra çıxış üçün söz kafedranın müəllimi, s.e.d. Cümşüd Nuriyevə verilmişdir. Elmi-metodiki seminarda Cümsüd müəllim yeni formalaşan dünya düzənində baş verən proseslər, iqtisadi modellər və onların rolu, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar kimi məsələləri dinləyicilərin nəzərinə çatdırmışdır.
OYU-nun professor-müəllim heyəti və tələbələri tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.
Qeyd edək ki, seminarda Odlar Yurdu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, i.e.d., prof. Ə.Q.Əlirzayev, İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri E.Y.Məmmədov və kafedranın professor-müəllim heyəti və İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri iştirak etmişlər.