OYU-nun Dillər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

28 Noyabr, 2023

OYU-nun Dillər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir
Odlar Yurdu Universitetinin Dillər kafedrasının müəllimi Arzu İsmayılovanın “Sosial şəbəkələrdə mətnlərin tərcümə xüsusiyyətləri” mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.
Elmi-metodiki seminarda sosial şəbəkələrdəki mətnlərlə bədii mətnlərin tərcüməsi arasında olan fərqlərdən bəhs edilmişdir.
Mövzuda əsas olan “Sosial şəbəkələrdə tərcümənin önəmi”, “Sosial şəbəkələrdə mətn tərcüməsinin universallığı”, “Sosial şəbəkələrdə mətn tərcüməsinin mənfi tərəfləri”, “Sosial şəbəkələrdə mətn tərcüməsinin təhlükəsizliyi” məsələlərinə diqqət yetirilmiş və dinləyicilərin nəzərinə çatdırılmışdır.
OYU-nun professor-müəllim heyəti tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.
Qeyd edək ki, seminarda Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev, Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov, Dillər kafedrasının müdir müavini, f.f.d., dos. Səadət Abdurəhmanova və kafedranın professor-müəllim heyəti iştirak etmişlər.