Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müəllimi Səbinə Əliyevanın “Siyasi arxitekturanın formalaşmasında Qoşulmama Hərəkatının rolu: Azərbaycandan baxış” mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.
Elmi-metodiki seminarda Qoşulmama Hərəkatına üzvlüyün Azərbaycanın, xüsusən Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzundan, Azərbaycanın Qoşulmama Hərəkatı ilə əməkdaşlığı sayəsində müasir dünyanın arxitekturasının və ya konfiqurasiyasının formalaşmasında Azərbaycanın fəal rolundan bəhs olunmuş və dinləyicilərin nəzərinə çatdırılmışdır.
OYU-nun professor-müəllim heyəti tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.
Qeyd edək ki, seminarda Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müdiri, professor Rüstəm Kamal və kafedranın professor-müəllim heyəti iştirak etmişlər.