Odlar Yurdu Universiteti (OYU) ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) Azərbaycan Milli Aerokosmik Agentliyi (MAKA) arasında ikitərəfli elmi-texniki əməkdaşlığa dair memorandum imzalanmışdır.
Memorandumu Odlar Yurdu Universitetinin rektoru, profesor Əhməd Vəliyev və Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov imzalamışlar.
Tərəflər arasındaki əməkdaşlıq təhsil və elmi-tədqiqat fəaliyyəti olmaqla Odlar Yurdu Universitetinin tələbələrinin Azərbaycan Milli Aerokosmik Agentliyinin (MAKA) institut və zavodlarında istehsalat təcrübəsi keçməsi, birlikdə konfrans və seminarların təşkili, layihələrin hazırlanması, innovativ texnologiyalar, informasiya təhlükəsizliyi, kosmosdan alınan təsvirlərin işlənməsi və emalı və ekologiya sahələrini özündə əhatə edir.
Daha sonra Azərbaycan Milli Aerokosmik Agentliyinin (MAKA) nümayəndə heyəti universitetimizlə yaxından tanış olmuşlar.
Qeyd edək ki, tədbirdə Odlar Yurdu Universitetinin rektoru, prof. Əhməd Vəliyev başda olmaqla, universitetimizin prorektorları, departament rəhbərləri, kafedra müdirləri, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri, professor Samir Vəliyev, Azərbaycan Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru prof. Natiq Cavadov, baş direktorun müavinləri, institut və laboratoriya müdirləri iştirak etmişlər.