OYU-nun Elmi-Metodiki şurasının növbəti iclası keçirilmişdir

01 Dekabr, 2023

OYU-nun Elmi-Metodiki şurasının növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetində Elmi-Metodiki şurasının növbəti iclası keçirilmişdir.
Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev iclası açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırmışdır.
Professor Tərlan Abdullayev çıxış edərək kafedralarda dərs ilin sonuna kimi elmi seminarların, doktorant və magistrantların illik elmi konfransının keçirilməsi barəsində məlumat vermişdir.
Sonra OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi Nigar İbrahimova çıxış edərək “Scopus” elmi platformasına daxil olan jurnallara məqalələrin hazırlanması qaydaları haqqında məlumat vermişdir.
Daha sonra çıxış edən Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov çıxış edərək Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində Portuqaliyanın paytaxtı Lissabon şəhərində növbəti işgüzar səfərlə bağlı təlim keçmişdir. O, Portuqaliyanın Lissabon Universitetində keçirilmiş təlimlərin əsas məqsədi universitetlərdə innovasiya və sahibkarlıq fəaliyyətlərinin təşkilinə dair Portuqaliya təcrübəsinin öyrənilməsindən ibarət olduğunu qeyd etmişdir.
İclasda, həmçinin aprel ayında keçiriləcək "International Conference on Smart Environment and Green Technologies 2024" adlı konfrans barədə məlumat verilmişdir.
Qeyd edək ki, iclasda Odlar Yurdu Universitetinin prorektorları, departament, fakültə və kafedra rəhbər və müdirləri və professor-müəllim heyəti iştirak etmişlər.
OYU-nun professor-müəllim heyəti tərəfindən olduqca maraqla qarşılanan iclas sual-cavab sessiyası ilə davam etmişdir.
Sonda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün tapşırıq və tövsiyələr verilmişdir.