OYU əməkdaşları Erasmus+ layihəsi çərçivəsində Polşada Respublikasında işgüzar səfərdə

04 Dekabr, 2023

OYU əməkdaşları Erasmus+ layihəsi çərçivəsində Polşada Respublikasında işgüzar səfərdə
Odlar Yurdu Universitetinin Ümumi İşlər üzrə prorektoru Taleh Qələndərli, Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov və 11 Azərbaycan universitetinin müvafiq əməkdaşlarından ibarət nümayəndə heyəti Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində Polşa Respublikasının Bydqoş şəhərində işgüzar səfərdədilər.
Qeyd olunan təlimin məqsədi əsas məqsədi Ali Təhsil müəssisələrində sahibkarlıq təfəkkürünün və sahə üzrə fəaliyyətlərin inkişaf etdirilməsi , sahibkarlığın strategiya, kurrikulum və tədqiqata inteqrasiyası və universitet-sənaye əməkdaşlığının gücləndirilməsi kimi mövzular əhatə edir.
Təlim proqramı, sahibkarlığın təhsil və tədqiqata inteqrasiyası mexanizmini əhatə edən və müxtəlif istiqamətlərə yönəlmiş müzakirələr, təqdimatlar və praktiki sessiyalarla zəngindir. Əməkdaşlarımız, sahəsində tanınmış mütəxəssislər tərəfindən aparılacaq sessiyalarda iştirak edərək, mövzular üzrə dərin bilik və təcrübələr əldə edəcəklər.