OYU-nun Biologiya və ekologiya kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

08 Dekabr, 2023

OYU-nun Biologiya və ekologiya kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrasının təşkilatçılığı və Lənkəran Dövlət Universiteti, həmçinin Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun iştirakı ilə “Ekoloji faktorlar və iqlim dəyişikliyi” mövzusunda onlayn və oflayn formatında elmi-metodiki seminar keçirilmişdir.
Seminarda Odlar Yurdu Universitetinin doktorantı Bənövşə Bağıyeva “Azərbaycanda yayılan akotolerant mikomisetlərin növ tərkibi və ekoloji xüsusiyyətləri”, Lənkəran Dövlət Universitetinin b.ü.f.d, dosenti Qorxmaz Ağayev “Cənubi Xəzərin Lənkəran - Astara sahillərinin müasir ekoloji vəziyyəti və problemləri” və Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşı Aysel Zeynallı "Loniceria L. cinsinə aid bəzi növlərin Abşeron şəraitində çoxaldılması, bioekoloji xüsusiyyətləri və təsərrüfat perspektivliyi” mövzularında çıxış etmişlər.
OYU-nun professor-müəllim heyəti tərəfindən olduqca maraqla qarşılanan hər üç məruzəçinin seminarı sual-cavab sessiyası ilə davam etmişdir.
Qeyd edək ki, seminarda Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev, Biologiya və Ekologiya kafedrasının müdiri, prof. Ramazan Məmmədov, müdir müavini, dos. Tamilla Kərimova, kafedranın professor-müəllim heyəti, Təbiət və texnologiya fakültəsinin tələbələri və qonaq qismində Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Bəzək memarlığı laboratoriyasının müdiri, b.ü.f.d., dosent Şəlalə Gülməmmədova iştirak etmişlər.