OYU professoru Elşad Məmmədovun DGK-nın sədri cənab Şahin Bağırovla görüşü baş tutmuşdur

08 Dekabr, 2023

OYU professoru Elşad Məmmədovun DGK-nın sədri cənab Şahin Bağırovla görüşü baş tutmuşdur
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri i.e.d., prof. Elşad Məmmədov Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırovun dəvəti ilə komitənin sədri və digər rəhbər işçiləri, eləcə də ekspertlərlə görüşü baş tutmuşdur.
Görüşdə son dövrlərdə gömrük orqanlarında həyata keçirilən islahatlar, xarici ticarətin asanlaşdırılması, müvafiq prosedurların sadələşdirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində görülən işlər, tətbiq edilən layihələr barədə məlumat verilmişdir.
Tədbirdə proqram məzmunlu nitqlə çıxış edən prof. Elşad Məmmədov ölkədə gömrük vë bütövlükdə fiskal siyasətlə bağlı konseptual fikirlər irəli sürmüş, bu istiqamətdə konkret təkliflər səsləndirmişdir.
Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov professor Elşad Məmmədovun irəli sürdüyü fikir və təklifləri dəstəkləmiş, konstruktiv əməkdaṣlığın davam etdirilməsinin zəruriliyini bildirmişdir.