Odlar Yurdu Universitetində doktorant və dissertantlar ilə görüş keçirilmişdir

09 Dekabr, 2023

Odlar Yurdu Universitetində doktorant və dissertantlar ilə görüş keçirilmişdir
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevin göstərişinə əsasən, universitetimizin doktorant və dissertantları ilə görüş keçirilmişdir.
Görüşdə doktorant və dissertantların elmi fəaliyyətlərinə dair məsələlər müzakirə olunmuşdur. Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev təhsil müddətində doktorant və dissertantlara konfranslarda iştirak, beynəlxalq bazalara daxil olan jurnallarda məqalə çapı barədə tövsiyələr vermiş, onları fəaliyyətlərinə dair yaradılmış yeni baza haqqında məlumatlandırmışdır.
Doktorant və dissertantlara universitetimizin təşkilatçılığı ilə aprel ayında keçiriləcək “Smart Environment and Green Technologies (ICSEGT2024)” adlı konfrans haqqında məlumat verilmiş və konfransa məqalələrin təqdim olunması barədə tövsiyələr verilmişdir.
Görüşün sonunda Odlar Yurdu Universitetinin professor-müəllim heyəti tərəfindən iclasda gündəlikdə duran müxtəlif məsələlərə, görüləcək işlərə dair fikir mübadiləsi aparılmış və təkliflər bildirilmişdir.
Qeyd edək ki, görüşdə Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, prof. Əli Əlirzayev, İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, prof. Elşad Məmmədov, Biologiya və Ekologiya kafedrasının müdiri, prof. Ramazan Məmmədov, İnformasiya texnologiyaları və mühəndislik kafedrası müdiri, prof. Xəlil İsmayılov, Dillər kafedrasının müdir müavini, dos. Səadət Abdurəhmanova, universitetimizin professor-müəllim heyəti və doktorantları və iştirak etmişlər.