OYU-nun Dillər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

11 Dekabr, 2023

OYU-nun Dillər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir
Odlar Yurdu Universitetinin Dillər kafedrasının baş müəllimi Samirə Həsənovanın "Трудности перевода компьютерной терминологии с английского языка" mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.
Elmi-metodiki seminarda kompüter terminologiyasının ingilis dilindən tərcüməsi zamanı yaranan çətinliklər və onların həll olunma yolları haqqında bəhs edilmişdir.
Mövzuda əsas olan "Texniki nailiyyətlərin tətbiqi və istifadəsinin artması sayəsində dillərdə sahə terminologiyalarının formalaşması", "Kompüter terminlərinin tərcüməsi zamanı yaranan problemləri", "Kompüter terminologiyasının həyatımızda geniş istifadəsi", "Müasir kompüter terminoloji leksikasının geniş inkişafı", "Terminologiyanın müxtəlif istiqamətlər üzrə inkişafı", "Terminologiyanın inkişaf istiqamətlərinin kompüter texnologiyalarının sürətli tərəqqisi ilə bilavasitə əlaqədar olması" məsələlərinə diqqət yetirilmiş və dinləyicilərin nəzərinə çatdırılmışdır.
OYU-nun professor-müəllim heyəti tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.
Qeyd edək ki, seminarda Odlar Yurdu Universitetinin Keyfiyyətin təminatı və qiymətləndirmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov, Dillər kafedrasının müdir müavini, dos. Səadət Abdurəhmanova və kafedranın professor-müəllim heyəti iştirak etmişlər.