OYU-nun Psixologiya pedaqogika və sosial fənlər kafedrasının növbəti elmi-metodiki seminarı keçirilmişdir

11 Dekabr, 2023

OYU-nun Psixologiya pedaqogika və sosial fənlər kafedrasının növbəti elmi-metodiki seminarı keçirilmişdir
Odlar Yurdu Universitetinin Psixologiya pedaqogika və sosial fənlər kafedrasının müdiri, psixol.e.d., professor Rəşid Cabbarovun "Psixologiyanın aktual məsələləri” və Psixoloji Diaqnostika İnstitutunun direktor müavini, kafedranın müəllimi David Poladovun "Təhsildə motivasiya imkanlarının artırılmasının sosial-psixoloji məsələləri" mövzularında elmi-metodiki seminarı keçirilmişdir.
OYU-nun professor-müəllim heyəti tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.
Qeyd edək ki, seminarda Odlar Yurdu Universitetinin Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri prof. Eldar Hüseynov, Hüquq departamentinin rəhbəri, dos. Elsevər Nəcəfov və Psixologiya pedaqogika və sosial fənlər kafedrasının professor-müəllim heyəti iştirak etmişlər.