OYU-nun müəllimi SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında hakim/jüri qismində iştirak etmişdir

11 Dekabr, 2023

OYU-nun müəllimi SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında hakim/jüri qismində iştirak etmişdir
Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi Rəvanə Göyüşlü Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakıda keçirilmiş SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalında hakim/jüri qismində iştirak etmişdir.
SAF 2023 “Robokids”, “Engineers of Future” - “Gələcəyin mühəndisləri”, “First LEGO League Explore”, “VidX”, “First LEGO League Challenge”, “VEX Robotix Competition” - “VEX Robototexnika müsabiqəsi”, “Innovativ Exhibition” - “İnnovativ sərgi”, “Deep Dive” “Sualtı dronlar/gəmi”, “Hackathon”, “VEX IQ Competition”- “VEX IQ Yarışması”, “Mechatronics” - “Mexatronika”, “Wings and Wheels” - “Qanadlar və təkərlər”, “FlyTech”, “Boat Racing” - “Gəmi yarışması”, “H2 Grand Prix PRO” adlı ümumilikdə 12 yarış, 15 yaş kateqoriyası üzrə, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında keçirilmişdir.
SAF 2023 festivalında müxtəlif yarış kateqoriyaları üzrə 96 nəfərdən ibarət münsiflər heyəti İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya, Türkiyə, Azərbaycan kimi ölkələri təmsil etmişdir.
Qeyd edək ki, SAF 2023 festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.