OYU-nun professor-müəllim heyəti tərəfindən hərbçilərlə seminar keçirilmişdir

18 Dekabr, 2023

OYU-nun professor-müəllim heyəti tərəfindən hərbçilərlə seminar keçirilmişdir
Odlar Yurdu Universitetinin Psixologiya pedaqogika və sosial fənlər kafedrasının müdiri, psixol.e.d., prof. Rəşid Cabbarov və kafedra müəllimi, psixol.f.d., dos. Müşviq Mustafayev tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbçilərə seminar keçirilmişdir.
Seminarda professor Rəşid Cabbarovun “Psixodiaqnostik müayinələr və onların aparılmasının effektivliyi” mövzusunda çıxışı baş tutmuşdur.
Professorumuz tərəfindən seminarda psixologiyanın aktual problemləri, o cümlədən depressiv halların təzahürü, müxtəlif psixoloji narahatlıqlar müzakirə olunmuş, qeyd olunmuşdur ki, əsgər və zabitlərə yeri gəldikcə psixoloji yardımların göstərilməsi vacibdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin psixoloqları tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.
Sonda Azərbaycan Ordusunun şəxsi heyyətinin psixoloji maarifləndirilməsinə göstərdiyi dəstəyə, psixoloqların nəzəri və praktik biliklərinin və peşə vərdişlərinin təkmilləşdirilməsi işində fəal iştirakına görə professor Rəşid Cabbarov fəxri fərmanla təltif olunmuşdur.