OYU-da “Kənd məktəbindən İsveçə, Malayziyaya, hətta Afrikaya gedən yolun "SİRRİ" nədir?” adlı seminar keçirilmişdir

22 Dekabr, 2023

OYU-da “Kənd məktəbindən İsveçə, Malayziyaya, hətta Afrikaya gedən yolun "SİRRİ" nədir?” adlı seminar keçirilmişdir
Odlar Yurdu Universitetində Tripsome.com təsisçisi Cəsur Həsənovun “Kənd məktəbindən İsveçə, Malayziyaya, hətta Afrikaya gedən yolun "SİRRİ" nədir?” adlı seminarı keçirilmişdir.
Seminarda Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov, İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müdiri, prof. Xəlil İsmayılov, kafedranın professor-müəllim heyəti, universitetimizin tələbələri və Tripsome.com təsisçisi Cəsur Həsənov iştirak etmişlər.
Seminarda Cəsur Həsənov tələbələrə onun təsisçisi olduğu Tripsome.com texnologiya şirkəti haqqında məlumat vermiş və bildirmişdir ki, həmin şirkət Google akselerasiya proqramı şirkətlərindən biridir. Bundan əlavə o, bildirmişdir ki, təsisçisi olduğu Social Innovation Lab şirkətin proqramları vasitəsilə 100-ə yaxın texnologiya startapları beynəlxalq proqramlardan keçmiş və bəziləri isə on milyonlarla dollar dövriyyə etməyə nail olmuşdur.
Bu seminarda Cəsur Həsənov sizə öz hekayəsi üzrə onun kənddən dünyaya gedən yolunun "SİRRİ" haqqında danışmışdır
Seminar zamanı tələbələri maraqlandıran suallar cavablandırılmış və onlara mövzular üzrə lazımi rəy və tövsiyələr verilmişdir.
Tripsome.com təsisçisi Cəsur Həsənov tərəfindən seminarda aktiv iştirak edən tələbələrimizə müxtəlif hədiyyələr təqdim olunmuşdur. Mövzu və çıxış seminar iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.