Odlar Yurdu Universitetində məzunların buraxılış mərasimi keçirilmişdir

24 İyun, 2022

Odlar Yurdu Universitetində məzunların buraxılış mərasimi keçirilmişdir

Odlar Yurdu Universitetində 2022-ci ilin universitet və kollec məzunlarının buraxılış mərasimi keçirilmişdir. Tədbirdə əvvəlcə Odlar Yurdu Universiteti və kolleci tələbələrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Daha sonra Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev məzun adını qazanan bütün tələbələri təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışdır.
Cənab İlham Əliyevin elmə, təhsilə daim önəm verdiyini deyən rektor dövlətimizin başçısının bu sahənin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışmışdır. Daha sonra Odlar Yurdu Universitetini və kollecini müvəffəqiyyətlə başa vuran və ictimai sahədə fəaliyyətlərinə görə seçilən məzunlara fəxri fərmanlar təqdim olunmuşdur.
Odlar Yurdu Universitetində məzun günü konsert proqramı ilə davam etmişdir.