OYU-nun 2-ci kurs tələbəsi Dövlətova Havizə Ramil qızı “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüşdür

28 Dekabr, 2023

OYU-nun 2-ci kurs tələbəsi Dövlətova Havizə Ramil qızı “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüşdür
Odlar Yurdu Universitetinin 2-ci kurs tələbəsi Dövlətova Havizə Ramil qızı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli 3940 nömrəli Sərəncamı ilə təsis edilmiş “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüşdür.
Tələbəmizi Odlar Yurdu Universiteti adından bu münasibətlə təbrik edir, ona təhsil həyatında böyük nailiyyətlər arzulayırıq!