OYU-nun Filologiya və humanitar fənlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

29 Dekabr, 2023

OYU-nun Filologiya və humanitar fənlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir
Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müdiri, prof. Rüstəm Kamalın “Cəlil Məmmədquluzadə nəsrinin poetikası və psixomotiv analiz” mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.
Elmi-metodiki seminarda Rüstəm Kamal öz çıxışında ilk dəfə olaraq Cəlil Məmmədquluzadə nəsrinin poetikası, B.Qasparovun motiv analizi nəzəriyyəsi və Z.Freydin sərbəst assosiasiyalar metodikası kontekstində təhlilə cəlb edildiyini qeyd etmişdir.
OYU-nun professor-müəllim heyəti tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.
Qeyd edək ki, seminarda Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev, Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov, Humanitar, təhsil və dillər fakültəsinin dekanı, f.ü.f.d. Nuridə Muxtarzadə, Filologiya və humanitar fənlər kafedrasının professor-müəllim heyəti və Humanitar, təhsil və dillər fakültəsinin tələbələri iştirak etmişlər.