OYU-nun Biologiya və Ekologiya kafedrasının açıq dərsi keçirilmişdir

30 Dekabr, 2023

OYU-nun Biologiya və Ekologiya kafedrasının açıq dərsi keçirilmişdir
Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasının müdiri, prof. Ramazan Məmmədovun mikrobiologiya laboratoriyamızda biotexnologiya fənnindən “Zülalların quruluşu və onların təmiz əldə edilməsi metodları” mövzusuna həsr olunmuş açıq dərsi keçirilmişdir.
Açıq dərsdə Zülalların quruluşu, fiziki və kimyəvi xassələri, metabolizmi və onların laboratoriya şəraitində təmiz halda əldə edilməsi metodları izah olunmuşdur. Dərs əsnasında eyni zamanda laboratoriyaya yeni alınmış Spektrofotometrə və Kimyəvi su hamamı cihazların işləmə qaydaları da tələbələrə izah olunmuşdur.
Sonda tələbələrlə açıq dərs mövzusu ilə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
Qeyd edək ki, açıq dərsdə Biologiya və Ekologiya münasibətlər kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.