Odlar Yurdu Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, i.e.d., prof. Əli Əlirzayevin sədrliyi ilə fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir. Gündəlikdə olan məsələlərə uyğun olaraq, "Heydər Əliyevin 100 illik yubileyi"nə həsr olunmuş tədbirlərin nəticələrinin müzakirəsi, elmi işlərin nəticələrinə dair fakültə elmi konfransının keçirilməsi və tövsiyələr haqqında fakültə dekanı, prof. Əli Əlirzayev, payız semestri üzrə aralıq imtahanlarının nəticələrinin müzakirəsi, fakültədə nizam-intizam qaydaları və onlara əməl edilməsinə nəzarətin təhlili haqqında fakültənin dekan müavini, dos. Babək Feyzullayev, kafedraların qış imtahan sessiyasına hazırlığının başa çatdırılması və xarici universitetlərlə əlaqələrin təhlili barədə İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri i.e.d., prof. Elşad Məmmədov və Beynəlxalq münasibətlər və turizm kafedrasının müdir müavini Səbinə Əliyeva, payız semestrin yekunlaşması ilə əlaqədar qiymətləndirmə, problemlərin təhlili və aradan qaldırılması yolları haqqında Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov məruzəçi kimi çıxış edərək, ətraflı məlumat vermişdilər.
İclasda Odlar Yurdu Universitetinin professor-müəllim heyəti gündəlikdə olan məsələlərin geniş müzakirəsində fəal iştirak etmişlər. Nəticədə, səsvermə yolu ilə gündəlikdə olan məsələlərin həll edilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.