OYU doktorantının dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir

07 Yanvar, 2024

OYU doktorantının dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., prof. Elşad Yaqub oğlu Məmmədovun sədrliyi ilə kafedranın doktorantı Əliyeva Vüsalə Səfər qızının 5308.01-Ümumi iqtisadiyyat ixtisası üzrə "Əhali istehlakının tədqiqi və təkmilləşdirilməsi problemləri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Universitetimizin doktorantı tədqiqat mövzusunun aktuallığı, işlənmə dərəcəsi, tədqiqatın vəzifələri, müdafiə olunan müddəalar, tədqiqat işinin elmi yeniliyi, əldə olunmuş əsas nəticələr haqqında təqdimatla çıxış etmişdir. Kafedra tərəfindən təyin edilmiş elmi rəyçilərin iradlarını və professor-müəllim heyətinin suallarını cavablandırdıqdan, sonra səsvermə əsasında kafedranın doktorantı Əliyeva Vüsalə Səfər qızının 5308.01-Ümumi iqtisadiyyat ixtisası üzrə müəllifi olduğu dissertasiya işinin növbəti mərhələyə buraxılması, lehinə səs çoxluğu ilə qərara alınmışdır.
Sonda İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., prof. Elşad Məmmədov doktoranta növbəti mərhələyə qədər ilkin müzakirədə qeyd edilmiş iradların aradan qaldırmasını və daha da hazırlıqlı olmasını tövsiyə etmişdir.