OYU-da tələbələrlə təcrübə proqramları ilə bağlı maarifləndirici görüşlər keçirilmişdir

11 Yanvar, 2024

OYU-da tələbələrlə təcrübə proqramları ilə bağlı maarifləndirici görüşlər keçirilmişdir
Odlar Yurdu Universitetinin (OYU) İqtisadiyyat və idarəetmə, Təbiət və texnologiya və Humanitar, təhsil və dillər fakültələrinin yuxarı kurs tələbələri üçün təcrübə proqramlarının təşkili ilə əlaqədar maarifləndirici görüşlər keçirilmişdir.
Karyera və Təcrübə Mərkəzinin həmsədri, dos. Fuad İbadov tələbələrə təcrübənin təşkil mərhələləri, o cümlədən təcrübənin məqsədi, əhəmiyyəti, keçirilmə müddəti ilə yaxından tanış etmişdir. O, təcrübənin Odlar Yurdu Universiteti ilə müəssisələr arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilməsi, ixtisasa uyğun təcrübə yerlərinin müəyyən olunması, tələbələrin təcrübədə müvafiq qruplar şəklində iştirak etməsi kimi məsələlərə toxunmuşdur.
Sonda tələbələrimizi maraqlandıran suallara aydınlıq gətirilmişdir.