OYU müəllimi Azərbaycan Yüksəliş Forumunda iştirak etmişdir

17 Yanvar, 2024

OYU müəllimi Azərbaycan Yüksəliş Forumunda iştirak etmişdir
Odlar Yurdu Universitetininin müəllimi, Psixoloji Diaqnostika İnstitutunun direktor müavini David Poladov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunmuş "Yüksəliş" müsabiqəsinin qalib və finalçılarının iştirakıla Beynəlxalq Muğam Mərkəzində keçirilmiş Azərbaycan Yüksəliş Forumunda iştirak etmişdir.
Forumda birinci, ikinci və üçüncü “Yüksəliş” müsabiqələrinin 7 nəfər qalibinin çıxışları dinlənilmiş, “Güclü Azərbaycan və insan kapitalı” mövzusunda panel müzakirələri aparılmışdır.
Qeyd edək ki, Azərbaycan Yüksəliş Forumu “Yüksəliş” müsabiqəsi iştirakçılarının təşəbbüsü ilə müsabiqənin yaratdığı müsbət trendləri müzakirəyə çıxarmaq, onun davamlılığını təmin etmək və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələri daha da inkişaf etdirmək məqsədilə təşkil olunmuşdur.