OYU-nun əməkdaşları və tələbələri "Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda keçirilən forumda iştirak etmişlər

17 Yanvar, 2024

OYU-nun əməkdaşları və tələbələri "Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda keçirilən forumda iştirak etmişlər
Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrasının müdir müavini Səbinə Əliyeva, kafedra müəllimi Elxan Əliyev və universitetimizin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Bakı Konqres Mərkəzində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda keçirilmiş forumda iştirak etmişlər.
Forum çərçivəsində turizm sənayesində ixtisaslaşmış assosiasiyalar birgə bəyanat qəbul edilmişdir. Bəyanatda dövlət başçısı tərəfindən aparılan siyasətə tam dəstək ifadə olunmuşdur.
Açılış mərasimindən sonra forum işini “Turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 il ərzində əldə edilən uğurlar” və “COP29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözləntilər” adlı panel müzakirələrlə davam etdirilmişdir.