OYU-da Dillər kafedrasının genişləndirilmiş iclası keçirilmişdir

01 Fevral, 2024

OYU-da Dillər kafedrasının genişləndirilmiş iclası keçirilmişdir
Odlar Yurdu Universitetinin Dillər kafedrasının genişləndirilmiş iclası keçirilmişdir. İclasın əsas məsələlərindən biri kafedranın doktorant və dissertantların illik attestasiyasının keçirilməsi idi.
Qeyd olunan iclasda Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev, Dillər kafedrasının müdir müavini, dos. Səadət Abdurəhmanova və kafedranın professor-müəllim heyəti iştirak etmişlər. Hər bir doktorant çıxış edərək öz işləri barəsində kafedra iclasında hesabat vermişlər, onların çıxışları müzakirə edilmiş və onlara elmi işlərində lazımi tövsiyələr verilmişdir.