Odlar Yurdu Universiteti tələbəsinin növbəti uğuru

12 Fevral, 2024

Odlar Yurdu Universiteti tələbəsinin növbəti uğuru
Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi Rəvanə Göyüşlünün dəstəyi və təşəbbüsü ilə universitetimizin Təbiət və texnologiya fakültəsinin 754 İTS qrup tələbəsi Sənan İsmayılov və komandası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə təşkil etdiyi təlim proqramlarında iştirak etmişlər.
Final mərhələsində “MoonLin” startap lahiyəsi təqdim olunmuş və nəticədə tələbəmiz və onun komandası qalib olumuşlar. Qalib komanda məzun sertifikatı ilə təltif edilmişlər.
Həmçinin, tələbəmiz Sənan İsmayılov və rəhbərlik etdiyi "MoonLin" komandası Azərbaycanı dünyada təmsil edəcək yerli və fərqli sosial şəbəkə platforması üzərində çalışdığını qeyd etmişlər.
Qeyd edək ki, təlimlərdə fərqli sahələrdən iştirakçılar yer almışdır və onların yekun layihə təqdimatları xidmət sektoru, məşğulluq, dron texnologiyası, energetika, onlayn alış-veriş kimi istiqamətlər üzrə təklif etdikləri həlləri əhatə etmişdir.
“SAP” proqramı müddətində iştirakçılar biznes ideyanın fərziyyə vasitəsilə sınaqdan keçirilməsi, potensial müştəri auditoriyası ilə müsahibə aparılması, ideyanın MVP, yəni Minimum İşlək Məhsul mərhələsinə yüksəldilməsi, Biznes Model Kanvasın yaradılması kimi zəruri bilik və bacarıqlara yiyələnmişlər.
Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.