Odlar Yurdu Universitetində Elmi Şurasının iclası keçirilmişdir

15 Fevral, 2024

Odlar Yurdu Universitetində Elmi Şurasının iclası keçirilmişdir
Odlar Yurdu Universitetinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclası OYU-nun rektoru, prof. Əhməd Vəliyev açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.
Sonra OYU-nun Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov çıxış edərək, Odlar Yurdu Universitetinin təşkil etdiyi və "Scopus"da indekslənən “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı elmi konfransı haqqında iclas iştirakçılarını məlumatlandırmışdır.
Daha sonra OYU-nun Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektor, professor Fəxrəddin Məmmədov və kafedra müdirləri pedaqoji və istehsalat təcrübəsinə hazırlığın vəziyyəti barədə iclas iştirakçılarına məlumat vermişdir.
İclasda çıxış edən Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dos. Qabil Qafarov qış imtahan sessiyasının yekunu və növbəti dərs semestrinə hazırlığı barədə iclas iştirakçılarını məlumatlandırmışdır.
İclasda çıxış edən Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev 2023-cü ildə elmi-tədqiqat fəaliyyətinin yekunu üzrə illik hesabatı haqqında məlumat vermişdir.
Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə yekunlaşmışdır.