OYU-nun müəllimi "Bildiyimiz kimi deyil" verilişinin qonağı olmuşdur

16 Fevral, 2024

OYU-nun müəllimi "Bildiyimiz kimi deyil" verilişinin qonağı olmuşdur

Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müəllimi, f.f.d. Mehriban Mövlamova “Mədəniyyət” kanalında yayımlanmış “Bildiyimiz kimi deyil” verilişində qonaq qismində çıxış etmişdir. Mifologiyanın ədəbiyyat və incəsənətdə təzahürünə həsr edilmiş buraxılışda Mehriban Mövlamova mif nədir, monomif nəzəriyyəsi, arxaik və müasir mif, mifin nağıl və dastanlarla müqayisəsi və eyni zamanda mifoloji arxetiplər haqqında geniş məlumat vermişdir.