OYU-nun İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəlliminin növbəti uğuru

20 Fevral, 2024

OYU-nun İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəlliminin növbəti uğuru
Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimi Rəvanə Göyüşlü İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə təşkil etdiyi "Train the Trainer Program and Startup Acceleration Program 2024" proqramı üzrə təlim kursunda yerli təlimçı kimi uğurla çıxış etmiş və sertifikatla təltif edilmişdir.
Qeyd edək ki, OYU-nun müəllimi olan Rəvanə Göyüşlü İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) tərəfindən dəvət almış 4 yerli təlimçidən biridir.