OYU-da İqtisadiyyat və idarəetmə fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir

20 Fevral, 2024

OYU-da İqtisadiyyat və idarəetmə fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, prof. Əli Əlirzayevin sədrliyi ilə fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir.
Gündəlikdə olan məsələlərə uyğun olaraq, kafedraların xarici və yerli universitetlərlə əlaqələrin mövcud vəziyyəti və perspektivləri barədə İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, prof. Elşad Məmmədov, 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinin müzakirəsi, akademik borcların ləğv edilməsi haqqında müzakirələrin təşkili, qış imtahan sessiyasının nəticələrinə görə ümumi orta müvəffəqiyyət göstəricisinə əsasən növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısının müvafiq komissiya ilə razılaşdırılması barədə Birləşmiş Fakültələr Departamentinin rəhbəri, dos. Aynurə Qurbanova, yaz semestrinə hazırlığın vəziyyəti barədə İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, dos. Babək Feyzullayev, istehsalat (ixtisas) təcrübələrinə hazırlığın vəziyyəti barədə Strateji planlaşdırma və layihələr departamentinin müdiri dos. Fuad İbadov məruzəçi qismində çıxışlar edərək, ətraflı məlumat vermişlər.
İclasda departament müdirləri və kafedraların professor-müəllim heyətinin nümayəndələri də gündəlikdə olan məsələlərin geniş müzakirəsində fəal iştirak etmişlər. Nəticədə səsvermə yolu ilə gündəlikdə olan məsələlərin həll edilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.