OYU-nun professor-müəllim heyəti Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda

21 Fevral, 2024

OYU-nun professor-müəllim heyəti Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda
Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasının müdiri, prof. Ramazan Məmmədov, kafedranın müdir müavini, dos. Tamilla Kərimova və müəllimi Zəminə Bünyadzadə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda qonaq olmuşlar.
Tanışlıqdan sonra professor-müəllim heyətimiz institut ilə əməkdaşlıq müqaviləsi bağlamaq niyyətində olduqlarını bildirmişlər. OYU-nun Biologiya və Ekologiya kafedrasının müdiri, prof. Ramazan Məmmədov əlaqələrin qurulmasının gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün vacib olduğunu qeyd etmişdir.
Odlar Yurdu Universitetinin və Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssislərinin iştirakı ilə keçirilən görüşdə əməkdaşlığa dair müzakirələr aparılmış və gələcəkdə görüləcək işlərlə bağlı ilkin razılıq əldə olunmuşdur.
Üzümçülük və şərabçılıq sahəsində elmi əlaqələrin qurulması və həyata keçiriləcək tədqiqat işlərinin istiqamətlərinin müəyyənləşdirilməsi üçün müvafiq mütəxəssislərdən ibarət işçi qrupunun yaradılması qarşıya qoyulmuşdur.