Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müəllimləri Cavad Hüseynli, Hüseyn Azər, həmçinin Təbiət və texnologiya fakültəsinin tələbələri Turanə Abbasova və Tamerlan Aslanlı "Robotex Türkiye"nin “Uluslararası Girişimcilik Diploma Programı”nı uğurla tamamlayaraq sertifikatlarla mükafatlandırılmışlar.
Qeyd edək ki, “Robotex International” dünyanın ən böyük robotexnika yarışmasıdır. İlk dəfə 2001-ci ildə “Taltech Assembly Hall”da keçirilən tədbirin məqsədi müxtəlif çətinlik səviyyələrində müsabiqələr təşkil etmək və bütün robotexnika, elm və mühəndislik həvəskarlarını bir araya gətirməkdir. Şirkət robotlar və müvafiq sahələrdə dünyada tanınan bir sıra müəssisə və təşkilatlarla birgə yarışların keçirilməsi üçün əməkdaşlıq edir.