Odlar Yurdu Universitetinin tələbələri Zoologiya İnstitutunda istehsalat təcrübəsində

23 Fevral, 2024

Odlar Yurdu Universitetinin tələbələri Zoologiya İnstitutunda istehsalat təcrübəsində
Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasının müdiri, prof. Ramazan Məmmədov, kafedranın müəllimi Münəvvər Səfərova və Təbiət və texnologiya fakültəsinin 4-cü kurs tələbələri ARETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeydə olmuş və muzeyin ekspozisiyasında sərgilənən Azərbaycan və dünya faunasına aid olan balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilərə məxsus müqəvva, skelet və yaş preparatlardan ibarət kolleksiya ilə yaxından tanış olmuşlar.
Daha sonra tələbələrimiz ARETN Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasında olmuşlar. Laboratoriyanın əməkdaşı Türkan Qurbanova tələbələrimizi birhüceyrəli hüceyrədaxili parazitlər ilə yaxından tanış etmişdir. Tələbələrimiz bu parazit orqanizmlərin tədqiq edilmə metodları, daimi preparatların hazırlanması və onların mikroskop vasitəsi ilə necə tədqiq edilməsi haqqında geniş məlumat əldə etmişlər. Sonda hər bir tələbə müxtəlif heyvanlardan hazırlanmış daimi qan preparatlarını mikroskop vasitəsi ilə tədqiq etmişdir.