“Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Polşa Respublikasına bir həftəlik səfər başlayıb.

29 İyun, 2022

“Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Polşa Respublikasına bir həftəlik səfər başlayıb.

Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Polşa Respublikasına bir həftəlik səfər başlayıb. İşgüzar səfərin ilk görüşü Varşava İqtisadiyyat Məktəbində baş tutub. İclasda Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri, layihə konsorsiumunun üzvü olan Azərbaycan Universitetlərinin rektorları və digər səlahiyyətləri nümayəndələri, eləcə də Magna Charta Müşahidə Şurasının, Macarıstan Rektorlar Konfransının nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Odlar Yurdu Universitetini Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor Qabil Qafarov təmsil edir.