OYU-nun Elmi-Metodiki şurasının növbəti iclası keçirilmişdir

28 Fevral, 2024

OYU-nun Elmi-Metodiki şurasının növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetində Elmi-Metodiki şuranın növbəti iclası keçirilmişdir.
Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev iclası açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırmışdır.
İlk olaraq, prof. Tərlan Abdullayev doktorant və dissertantların kafedralarda aparılmış attestasiyanın nəticələri haqqında şura üzvlərinə ətraflı məlumat vermişdir. Sonra OYU-nun Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov universitetimizdə təşkil olunan tədbirlər, sahibkarlarla görüşlər, treninqlər, dəyirmi masalar və seminarlar barədə ətraflı məlumat vermişdir.
Daha sonra iclasda Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Türkan Azəri bir il ərzində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış etmişdir.
İclasda OYU-nun Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev gündəlikdəki digər mövzuları iştirakçılara təqdim etmiş, qarşıda duran məsələlərin iclasda öz əksini tapdığını vurğulamışdır.
Elmi-Metodiki şuranın iclası gündəlikdə duran digər cari məsələlərin müzakirəsi ilə başa çatmışdır.