OYU-nun Filologiya və humanitar fənlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

01 Mart, 2024

OYU-nun Filologiya və humanitar fənlər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir
Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müəllimi, f.f.d. Ülviyyə Mehralıyevanın ‘‘Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti kimi‘‘ mövzusunda elmi-metodiki seminarı keçirilmişdir. Elmi-metodiki seminarda Ülviyyə Mehralıyeva öz çıxışında multikulturalizmin dövlət siyasəti, o cümlədən həyat tərzi kimi rolundan bəhs etmişdir. Mövzuda Multikulturalizmin Azərbaycan Respublikasının dövlət siyasəti olmasının mühüm təzahürlərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyədə olması, Azərbaycan Respublikasının multikulturalizm sahəsində həyata keçirdiyi praktiki işlər və tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin multikulturalizmin inkişafında rolu və s. dinləyicilərin diqqətinə çatdırılmışdır.
OYU-nun professor-müəllim heyəti tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.
Qeyd edək ki, seminarda Odlar Yurdu Universitetinin Keyfiyyətin təminatı və qiymətləndirmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov, Humanitar, təhsil və dillər fakültəsinin dekanı, f.ü.f.d. Nuridə Muxtarzadə, Filologiya və humanitar fənlər kafedrasının müdiri prof. Rüstəm Kamal, professor-müəllim heyəti və Humanitar, təhsil və dillər fakültəsinin tələbələri iştirak etmişlər.