Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov Naxçıvan Dövlət Universitetində Avropa İttifaqının maliyyə dəstəyi və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində pilot olaraq yaradılmış Tədris İşləri Komitəsinin iclasında iştirak etmişdir.
İclasda layihənin uğurla başladığını və ölkəmizdə ali təhsilin inkişafı, eləcə də əməkdaşlıq imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulanmış və qeyd olunmuşdur ki, layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər Azərbaycan ali təhsilində elmi tədqiqatların və elmin idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımları əks etdirir və bu fəaliyyətlər universitetlərarası əməkdaşlığı gücləndirməklə elmi tədqiqatların və innovasiyaların inkişafına töhfə vermək potensialına malikdir.
Layihəyə 15 tərəfdaş universitetin qoşulduğunu, ümumilikdə, üzv və assosiativ üzvlərin sayının 23-ə çatdığını vurğulanmışdır.
Qeyd edək ki, Tədris İşləri Komitəsinin fəaliyyətinin hesabatında ali təhsil müəssisələrində elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, tədqiqatların istiqamətlərinin düzgün seçilməsi, elmi tədqiqat saatlarının artırılması kimi məsələlər öz əksini tapmışdır.