Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasının müəllimi Münəvvər Səfərova və Təbiət və texnologiya fakültəsinin 4-cü kurs tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda olmuşlar.
Tələbələrimiz Rüşeym plazması laboratoriyası, İnsan genetikası laboratoriyası, Tərəvəz və bostan bitkiləri şöbəsi, Meyvə bitkiləri şöbəsi və Dənli, taxıl və paxlalı bitkilər şöbəsində gün ərzində elmi tədqiqatların aparılması, nəticələrinin istehsalata tətbiq olunması, habelə müvafiq cihaz və avadanlıqlarla yaxından tanış olmuşlar.