OYU-da fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir

12 Mart, 2024

OYU-da fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir
Odlar Yurdu Universitetinin Təbiət və texnologiya fakültəsinin dekanı, dos. Sevinc Məhərrəmovanın sədrliyi ilə fakültə Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda, gündəlikdə olan məsələlərə əsasən, 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinin müzakirəsi ilə bağlı Birləşmiş Fakültələr Departamentinin rəhbəri, dos. Aynurə Qurbanova çıxış etmişdir. İclasda Biologiya və ekologiya kafedrasının müdiri prof. Ramazan Məmmədov IV kurs tələbələrinin diplom müdafiəsi ilə bağlı məlumat vermişdi. Kafedralar üzrə məqalə və dərs vəsaitlərinin, müəllimlərin elmi-metodiki işləri bağlı İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müdiri t.e.n., dos. Xəlil İsmayılov ətraflı məlumat vermişdir.
Bundan əlavə, cari məsələlərlə bağlı professor-müəllim heyətinin nümayəndələri də müzakirələrə qoşulmuşlar. İclas gündəlikdə olan məsələlərin həll edilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilərək sonlandırılmışdır.