OYU tələbələri Fiziologiya İnstitutunda istehsalat təcrübəsində

13 Mart, 2024

OYU tələbələri Fiziologiya İnstitutunda istehsalat təcrübəsində
Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasının müəllimi Münəvvər Səfərova və Təbiət və texnologiya fakültəsinin 4-cü kurs tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda olmuşlar.
Tələbələr müxtəlif laboratoriyalarda aparılan tədqiqatlarla, cihazlarla tanış olmuşlar. Həmçinin siçovullar üzərində aparılan təcrübələrin canlı şahidi olmuşlar. İstehsalat təcrübəsi tələbələrə elmi-tədqiqat sahəsində fəaliyyət göstərmək istəklərinin maraqlarının yaranmasına səbəb olmuşdur.