Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatının sədri mükafatlandırılmışdır

13 Mart, 2024

Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatının sədri mükafatlandırılmışdır

Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev OYU Tələbə Gənclər Təşkilatının sədri Sevgiyyə Əlizadəni Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən "İlin Tələbə Gənclər Təşkilatı" adına layiq görülməsi ilə bağlı təbrik etmişdir. Bu münasibətlə cənab rektor Əlizadə Sevgiyyə Kamil qızına Odlar Yurdu Universitetinin fəxri fərmanını və pul mükafatını təqdim etmişdir.
Bu münasibətlə Sevgiyyə xanımı və onun gənclərdən ibarət olan komandasını təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.