OYU-da elmi-tədqiqat işinin planlaşdırılması və təşkilinə dair seminar keçirilmişdir

15 Mart, 2024

OYU-da elmi-tədqiqat işinin planlaşdırılması və təşkilinə dair seminar keçirilmişdir
Odlar Yurdu Universitetində Biologiya və ekologiya kafedrasının müdiri, prof. Ramazan Məmmədovun moderatorluğu ilə “Elmi-tədqiqat işlərinin təşkili” mövzusunda seminar keçirmişdir.
Universitetimizin professor-müəllim heyəti və tələbələrimizin iştirakı ilə keçirilən seminarda
Professor Ramazan Məmmədov Odlar Yurdu Universitetində elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması, əsas funksiyaları, vəzifələri, icraçıları, qeydiyyatı, hesabatı və s. məsələlərdən bəhs etmişdir.
OYU-nun professor-müəllim heyəti və tələbələri tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam etmişdir.
Qeyd edək ki, seminar Odlar Yurdu Universitetinin Təbiət və texnologiya fakültəsinin dekanı, dos. Sevinc Məhərrəmova və TEC-in sədri Türkan Azərinin birgə təşkilatçılığı ilə keçirilmişdir.